“Judo Club 2012”nin yetirmələri Azərbaycan birinciliyində fərqləndilər  

2.jpg

 

     Fevralın 23-24-də cüdo üzrə 21 yaşa qədər gənclər (U-21) arasında Azərbaycan birinciliyi keçirilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 62 klub, cəmiyyət və idman təşkilatından olan 216 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində təşkil olunan yarışlarda “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubun üzvləri turniri 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Yarışın ilk günündə klubun baş məşqçisi Zaur Paşayevin yetirməsi Emilya Mirzəyeva (-63 kq) və Mübariz Cəfərovun yetirməsi Mehdi Cəfərov (-66 kq) bürünc medal qazanıb.

Turnirin sonuncu günündə isə Şamil Tuncay (-90 kq) gümüş medala sahib çıxıb.

 

Oxunma sayı: 1574 2024-02-24 21:52:47