“Judo Club 2012”nin yetirmələri Bakı şəhər açıq turnirində 3 medal qazandılar 

0.jfif

 

Oktyabrın 2-də Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyinə həsr olunmuş cüdo üzrə Bakı şəhər açıq turniri keçirilib. 2006-2008-ci illər təvəllüdlü cüdoçular arasında keçirilən yarışda paytaxtla yanaşı, Sumqayıtı təmsil edən müxtəlif klublarının tərkibində 470 idmançı mübarizə aparıb. Yarışda “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubun yeniyetmə cüdoçuları turnirdə uğurla çıxış edərək 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıblar. Klubun təmsilçilərindən Mehdi Cəfərov və Səlim Sultanov 66 kq çəki dərəcəsində turnirin finalında üz-üzə gəliblər. Həlledici görüşdə komanda yoldaşına qalib gələn M.Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səlim Sultanov isə gümüş medalla kifayətlənib. “Judo Club 2012”nin digər yetirməsi Fərid İsmayılov isə 73 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.  
Turnirin qalib və mükafatçıları diplom, medal və kuboklarla təltif olunublar.  
 

Oxunma sayı: 170 2022-10-03 22:40:12