"Judo Club 2012"nin yetirmələri Ne-vaza ACF Kubokuda 3 medal qazandılar

6.jpg

 

     İyulun 20-də Şağan Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Ne-vaza ACF Kuboku keçirilib. 

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə təşkil olunan yarışda 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 100-dən çox cüdoçu qüvvəsini sınayıb. 

"Judo Club 2012"nin də yetirmələrinin iştirak etdiyi yarışda oğlanlar arasında 8 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Klubumuzun yetirmələrindən üçü mükafatçılar sırasında yer alıb. Belə ki, yeniyetmə cüdoçularımızdan Xalid İlyasov (-90 kq) və Vidadi Əliyev (+90 kq) ikinci yerə sahib çıxıb. -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Fəqan Məmmədli isə çıxışını bürünc medalla başa vurub. 

Qeyd edək ki, Ne-waza bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. 

 

Oxunma sayı: 199 2024-07-21 14:10:56