Murad Fətiyev “Böyük Dəbilqə”nin mükafatçıları sırasında yer aldı

5.jpg

 

     Oktyabrın 11-13-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Üç gün davam edən yarışda 29 ölkədən 219 (150 kişi, 69 qadın) cüdoçu medallar uğrunda mübarizə aparıb. Yarışda 8 çəki dərəsində 14 (12 kişi və 2 qadın) idmançı ilə təmsil olunan komandamız turniri 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Yığmamızın üzvlərindən Zelim Tçkayev -81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamızın digər üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Acelya Toprak (-57 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin bürünc mükafatçısı Murad Fətiyev “Judo Club 2012”nin yetirməsidir. O, bu ilin əvvəlində Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmışdı.

Oxunma sayı: 201 2024-10-14 13:45:17