Ramazan bayramı hər evə xoşbəxtlik, uğur, sevinc gətirsin!

0.jpeg

 

    Müqəddəs Ramazanın gəlişi ilə biz mərhəmət, şəfqət, mənəvi yenilənmə ilə dolu mübarək bir aya qədəm qoyuruq. Bu, imanımızın dərinləşdiyi, Allaha daha da yaxınlaşdığımız, mənən kamilliyə can atdığımız bir dövrdür. Nəfsimizə qalib gəlmək, ehtiyacı olanlara səxavət göstərmək, ibadət və dualarla hər günün savabını qazanmaq Ramazanın mühüm fəzilətləridir.

Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) özü tərəfindən əsası qoyulmuş bu müqəddəs ayın adət-ənənələri ölkəmizdə də şəkildə qorunur, icra edilir. Orucluq – hamımız üçün mənəvi təmizlənmə, iman və dirçəliş rəmzidir. Axı oruc təkcə insanın bütün pis vərdişlərdən və haramlardan imtina etməsi deyil. Onun dərin mənası var: insan orucun tələblərini yerinə yetirməklə bütün ömrü boyu özünü doğru əməllərə öyrəşdirir.

Bu mübarək ayda dualar edirik ki, birliyimiz və həmrəyliyimiz bizi daha da gücləndirsin, Ramazan bizə sülh, sevinc və firavanlıq gətirsin.

Adət-ənənəyə görə, hər bir müsəlman üçün müqəddəs sayılan bu ayda mərhəmətlilik, xeyriyyəçilik, bağışlama, yoxsullara yardım kimi xüsusiyyətlər özünü daha aydın şəkildə biruzə verir.

Ramazan bayramı – oruc saxladığımız müqəddəs ayın başa çatması ilə əlamətdardır. Ramazan ayının son günündə günəş batanda bayram başlayır və növbəti gün axşam saatlarına qədər davam edir. Müsəlmanlar bir-birlərini təbrik edir, hədiyyələr verirlər və əmindirlər ki, gələn il daha da uğurlu,  xoşbəxtlik, firavanlıq və sevinclə dolu olacaq, inşallah!

Ramazan bayramınız mübarək!

Allah-təala dövlətimizin daha da güclənməsi, xalqımızın birliyi, firavanlığı, mənəvi zənginliyi, daxili rahatlığı və rifahı üçün etyimiz duaları qəbul etsin! Amin!

Azər Əsgərov

Oxunma sayı: 250 2024-04-09 17:49:54