Təbrik!

0.jpg


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti cənab Rəşad Nəbiyevi Beynəlxalq Cüdo Federasiyasının “Yeni texnologiyalar və yüksək məhsuldarlıq” komissiyasının sədri seçilməsi münasibətilə Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan təbrik edirəm.
Rəşad müəllimin rəhbərliyi ilə ACF-də aparılan islahatlar ölkəmizdə cüdonun inkişafına müsbət təsirini göstərir. Yığma komandanın yeni məşqçilər heyəti qarşıya qoyulan məqsədlərə çatmaq üçün əzmkarlıqla çalışır, idmançılarımız öz nailiyyətlərini artırmağa səy göstərirlər.
Dünya cüdosunda yeni texnologiyaların tətbiqinə rəhbərliyin Rəşad müəllimə etibar edilməsi onun bilik, bacarıq və təcrübəsinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın idman və innovasiyalar ölkəsi kimi tanınmasının növbəti təsdiqidir.
Bir daha təbrik edir, uğurlar arzulayıram!
Azər Əsgərov

Oxunma sayı: 797 2022-04-14 20:45:43