Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş klub birinciliyinin qalib və mükafatçıları

20.jpg

       "Judo Club 2012" ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib. Yarışın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, klubun kiçik yaş qrupları üzrə yığma komandasının heyətini müəyyənləşdirmək və idmançıların qarşıdakı yarışlara hazırlıq səviyyəsini yüksəltməkdən ibarət olub. İki gün davam edən yarışda 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Birinciliyin ilk günündə 2008, 2009 və 2010-cu illər təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006-2007-ci illər təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda qaliblərin adlarına aydınlıq gəlib. Birinciliyin komanda yarışlarının final mərhələsində “Qardaşlar” komandası qızıl medallara layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komanda diplom və medallarla yanaşı, keçici kuboka da sahib çıxıb. Tədbir iştirakçılarına, həmçinin xatirə hədiyyəsi olaraq ulu öndər Heydər Əliyevin döş nişanı təqdim olunub.

       Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.  

 

     Turnirin nəticələri:


     Fərdi yarışlar

2006-2007-ci illər

34 kq

1. Nicat Eyvazov                      
2. Xalid Məmmədov
3. Murad Dövlətli
3. Murad İsgəndərov

 
38 kq

1. İlqar İsmayılov
2. Cavanşir Comərdov
3. Fərid Həsənov
3. Cəfər Yaqubov

 
42 kq

1. Osman Səlimov
2. Osman Abbasov
3. Emin Qurbanov
3. Ramal Mənsimov

 
46 kq

1. Rauf Qədirov
2. Yunus Həsənzadə
3. İsmayıl Qasımov
4. Toğrul Qədirli

 
50 kq

1. Hüseyn Xəlilov
2. Osman Hüseynli
3. Mirzə Əliyev
3. Ruslan İmanquliyev

 
60 kq

1. Mehdi Cəfərov
2. Amir Dudkin
3. Məhərrəm Məhərrəmov
3. Bahadur Qasımzadə

 
73 kq

1. Tural Ağaverdiyev
2. Aqif Feyzullayev
3. Hüseyn Xanlarov
3. Gülməmməd Cəfərzadə

 
+ 73 kq

1. Ramazan Əhmədov
2. Fərhad Ağayev
3. Orxan Ağayev
3. Məhəmməd Məmmədli

 

     Fərdi yarışlar

2008, 2009, 2010-cu illər

27 kq

1. Yusif Yusifzadə
2. Əli Hüseynov
3. Süleyman Oruclu
3. Tuncay Salışzadə


30 kq

1. Yusif Ramazanov   
2. Sadiq Nuruzadə
3. Murad Mövlayev
3. Ayxan Vəliyev


34 kq

1. Mətin Abadzadə  
2. Əli İmanlı
3. Hüseyn İbrahimov
3. Cəsur Qəhrəmanlı


38 kq

1. Əli Arzumanlı
2. Ramin Abbasov
3. Turqut Balayev
3. Eldar Əjdərov


42 kq

1. Əlirza Abbaszadə  
2. Sahib Qasımzadə  
3. Riad Mustafazadə
3. Həzrət Məlikov

 
46 kq

1. Səid Şərifov
2. Ömər Atayev
3. Fərhad Hüseynov
3. Mehdi Mehdiyev


+46 kq

1. Cahandar Haqverdiyev
2. Mehdi Səmədov
3. Rəvan Məmmədov
3. Sərxan Nəcəfov

 

     Komanda yarışları

I yer

“Qardaşlar”

Komandanın tərkibi:

1. Nicat Eyvazov (-38 kq)
2. Osman Səlimov (-42 kq)
3. Amil Həsənov (-42 kq)
4. Səid Şərifov (-46 kq)
5. Mehdi Cəfərov (-60 kq)
6. Fərid Məmmədyarov (-60 kq)
7. Fərhad Ağayev (+66 kq)

 

II yer

“Yenilməzlər”

Komandanın tərkibi:

1. Cəfər Yaqubov (-38 kq)
2. Əli Cəfərli (-42 kq)
3. Osman Abbasov (-46 kq)
4. Cahandar Haqverdiyev (-60 kq)
5. Hüseyn Xanlarov (-60 kq)
6. Ramazan Əhmədov (+60 kq)
7. Davud Rəsulzadə (+60 kq)

 

 

Oxunma sayı: 1965 2019-12-04 20:17:12