Usta cüdoçularımız dünya çempionatına yollanıblar

0.jpg

 

     Oktyabrın 31-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə usta cüdoçular arasında dünya çempionatına start veriləcək. 4 gün davam edəcək yarışda dünyanın 65 ölkəsindən 1046 (922 kişi, 124 qadın) idmançı qüvvəsini sınayacaq. Yarışda azərbaycanlı usta cüdoçular da mübarizə aparacaqlar. Yarışlara Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən yaradılmış “Judo Club 2012” idman klubunda hazırlaşan komandamız turnirdə 50 idmançı ilə təmsil olunacaq. Belə ki, kişilər arasında 8 yaş kateqoriyası üzrə 49, qadınların mübarizəsində isə M-5 yaş kateqoriyası üzrə Zülfiyyə Hüseynova (-70 kq) tatami üzərinə çıxacaq. Komandamız Əbu-Dabidə  veteranlardan ibarət yığmamızın baş məşqçisi, 10 qat dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında mübarizə aparacaq.

Oxunma sayı: 713 2023-10-30 15:43:17