Dünya çempionatında uğurla çıxış edən veteran cüdoçularımız vətənə qayıdıblar

6.jpg

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Qeyd edək ki, usta cüdoçularımız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Oxunma sayı: 1028 2018-10-24 19:09:24