Fərhad Rəcəbli 8-ci dəfə dünya çempionu oldu

0.jpg

       Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

       Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı 8-ci çempionluqdu.

Oxunma sayı: 1306 2018-10-18 14:20:53