Fərhad Rəcəbli 9-cu dəfə dünya çempionu oldu

1.jpg

       Oktyabrın 10-da Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı start götürüb. Turnirdə 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçu qalib adı uğrunda mübarizə aparır. Rekord sayda idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayırlar. Komandamızı yarışda “Judo Club 2012”nin 15 cüdoçusu təmsil edir. Çempionatın ilk günündə M-6, M-7, M-8 və M-9 kateqoriyaları üzrə yarışlar keçirilib. M-7 kateqoriyasında 90 kq çəki dərəcəsində Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli də tatami üzərinə çıxıb. Çempionata 1/8 finaldan başlayan F.Rəcəbli ilk mərhələdə fransalı Alain Dayezi mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə almaniyalı rəqibi Volfqanq Hinterleitnerə 39 saniyəyə qalib gələn veteran cüdoçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə daha bir fransalı cüdoçu Didier Salleni üstələyərək finala çıxıb. Həlledici qarşılaşmada almaniyalı Andreas Bartşa qalib gələn Fərhad Rəcəbli 9-cu dəfə usta cüdoçular arasında dünya çempionatının qalibi adını qazanıb.
       Məlumat üçün qeyd edək ki, Fərhad Rəcəbli həmçinin, veteran cüdoçular arasında keçirilən Avropa çempionatının yeddiqat qalibidir.
      

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.  

Link: http://www.ippon.org/wc_vet2019.php

Oxunma sayı: 1326 2019-10-10 22:24:05