Meksikada daha bir medal qazanıldı

0.jpg

       Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışın üçüncü günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən veteran cüdoçumuz Mübariz Cəfərov bürünc medal qazanıb.

Qeyd edək ki, 49 ölkədən 606 (604 kişi, 2 qadın) cüdoçunun qüvvəsini sınadığı dünya çempionatında Azərbaycan millisi 9 usta cüdoçu ilə təmsil olunur.

Oxunma sayı: 1069 2018-10-20 15:05:06