Usta cüdoçularımızın uğurlu çıxışı

7.jpg

 

     Fevralın 24-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində veteran cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.  3 yaş kateqoriyası üzrə 19 çəki dərəcəsində təşkil olunan çempionatda 88 usta cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Yarışda uğurla çıxış edən “Judo Club 2012”nin usta cüdoçuları 16 (6 qızıl,  7 gümüş, 3 bürünc) medala sahib çıxıblar. Qızıl medalları klubun aktivinə Rəşid Şəmizadə (M-1, -66 kq), Babək Hacıyev (M-2, -60 kq), Azər Cəfərov (M-3, -81 kq), Qurban Məmmədli (M-1, +100 kq), Rövşən Muxtarov (M-3, +100 kq) və Rəsul Ağamirov (M-3, -100 kq) yazdırıblar.

Klubun digər üzvlərindən Xəyal Zaliyev (M-1, -66 kq), Vüsal Kərimov (M-1, -73 kq), Elçin Qasımov (M-1, -81 kq), Elçin Məmmədov (M-1, -100 kq), Elxan Həsənov (M-2, -66 kq), Mahir Ağamirzəyev (M-2 -90 kq) və Ramil Muradov (M-2, -100 kq) ikinci yerə sahib çıxıblar.

Orxan Həsənov (M-1, -66 kq), İlham Heydərov (M-1, -90 kq) və Vüqar Bağırlı (M-2, -100 kq) isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd usta cüdoçuların veteranlardan ibarət milli  komandaya cəlb olunması, Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdən ibarət olub.

 

Oxunma sayı: 376 2023-02-24 21:37:53