“Judo Club 2012”nin üzvləri beynəlxalq turnirdə fərqləniblər

10.jpg

       Avqustun 4-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Braziliya ciu-citsusu üzrə “Abu Dhabi National Pro” turniri keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabinin nüfuzlu Abu Dhabi Jiu Jitsu Pro  Federasiyasının (AJP) və "Azərbaycan Braziliya Ciu-Citsu Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda dünyanın 13 ölkəsinin 30 komandasından 172 idmançı qalib adı uğrunda mübarizə aparıb.
       Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda Azərbaycan komandası 30 idmançı ilə təmsil olunub. Komandamızın heyətində “Judo Club 2012”nin idmançıları da yer alıblar. Klubun üzvlərindən böyüklər arasında Mehman Fətəliyev 85 kq çəkidə gümüş, ümumi çəkidə bürünc, Zaman Qəhrəmanov 94 kq çəkidə gümüş, ümumi çəkidə bürünc, Zaur Həşimov 94 kq çəkidə qızıl, ümumi çəkidə gümüş, Nail Əmirov 69 kq çəkidə qızıl, ümumi çəkidə isə gümüş medal qazanıblar. Klubun digər üzvləri Ayaz Süleymanov (120 kq) və Həsən Novruzov (85 kq) isə həm öz çəkisində, həm də ümumi çəkidə qızıl medala layiq görülüblər.
       Yarışın ümumi nəticələrinə əsasən Azərbaycan yığması komanda hesabındabirinci yeri tutub.
       Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq ölkəmizdə Braziliya ciu-citsusu üzrə belə böyük yarış keçirilib. “Abu Dhabi National Pro” çempionatı Braziliya ciu-citsusu üzrə dünyanın nüfuzlu turnirləri içərisində "Top-10"luqda yer alır.

 

 

Oxunma sayı: 1513 2019-08-05 11:24:28