“Judo Club 2012”nin heyətində yeni simalar

4.jpg

 

Paytaxtın ən müasir idman klublarından olan “Judo Club 2012” yeni mövsümdə heyətini yeni cüdoçularla gücləndirib. Klubun idman şərəfini qoruyacaq yeni simalar sırasında perspektivli və titul qazanmış cüdoçulardan İslam Rəhimov (-66 kq) və Sübhan Axundov (+90 kq) da yer alıb.
Beynəlxalq arenada qazandığı uğurlarla tanınan İslam Rəhimov ikiqat Avropa çempionu olmaqla yanaşı, Avropa kuboklarının qalibi adına layiq görülüb. Ağır çəki dərəcəsində çıxış edən Sübhan Axundov isə Avropa birinciliyinin gümüş mükafatçısı, EYOF-2025 Avropa Gənclər Olimpiya Festivalının bürünc medalçısı, həmçinin Avropa Kuboklarının qalib və mükafatçısıdır.

Oxunma sayı: 10 2026-01-21 15:36:54