“Judo Club 2012”nin yetirməsi Malaqadan bürünc medalla qayıdır

0.jpg

 

     Ötən həftə sonu İspaniyanın Malaqa şəhərində cüdo üzrə Avropa Kuboku turniri keçirilib.

Mayın 18-19-da keçirilən yarışda 21 ölkəni təmsil edən 341 (212 oğlan, 129 qız) cüdoçu qüvvəsini sınayıb. Turnirə 14 oğlan cüdoçu ilə yollanan komandamız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Mükafatçılar sırasında “Judo Club 2012”nin yetirməsi də yer alıb. Klubun istedadlı idmançılarından olan Tuncay Şamil -90 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Yarışı 6 medalla başa vuran cüdoçularımız komanda hesabında üçüncü yeri tutub.

 

Oxunma sayı: 192 2024-05-20 15:39:33