Bakı birinciliyində 1 qızıl və 1 bürünc medal

2.jpg

 

     Cüdo üzrə 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan Bakı şəhər birinciliyinə yekun vurulub. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda Bakının 70 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 841 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Turnirdə iştirak edən “Judo Club 2012”nin yetirmələri 2 medal qazanıblar. Klubun üzvlərindən Aysun Quliyeva (+63 kq) qızıl, Ömər Atayev (-66 kq) isə bürünc medala sahib çıxıb.
Sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq məqsədi ilə keçirilən yarış 15 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyıb.

 

 

Oxunma sayı: 28 2024-03-31 23:02:32