“Judo Club 2012”nin yetirmələri İstanbuldan 8 medalla qayıdırlar

4.jpg

 

     Türkiyənin İstanbul şəhərində cüdo üzrə “Kocaeli Prezident Kubokunda” yarışı keçirilib. Beynəlxalq turnirdə “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Komandamız yarışda klubun cüdo bölməsi üzrə baş məşqçisi Zaur Paşayev və məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında 15 idmançı ilə təmsil olunub. Cüdoçularımız beynəlxalq turnirdə uğurla çıxış edərək, 1 qızıl, 2 gümüş və 5 bürünc medala sahib çıxıblar. Komandamıza qızıl medalı -30 kq çəki dərəcəsində qüvvəsini sınayan Ammar Məmmədov qazandırıb. Ömər Atayev (-66 kq) və İsgəndər Nuruzadə (-73 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar. Klubun digər üzvlərindən Məhəmməd Baloğlanov (-30 kq), İbrahim Qocayev (-30 kq), Emil Babayev (-55 kq), Maarif Hacızadə (-60 kq) və Camal İsmayılzadə (-73 kq) isə bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, klubun idmançıları həmçinin İstanbulda təlim düşərgəsində də iştirak ediblər.

Oxunma sayı: 353 2024-03-25 15:50:02