“Judo Club 2012”nin yetirmələri mövsümün ilk yarışında 3 medal qazandı 

2.jpg

 

       Yanvarın 14-17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda 68 klubdan 565 (488 oğlan, 77 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Oğlanlar və qızlar 9 çəki dərəcəsində Azərbaycan birinciliyinin qaliblərini müəyyənləşdiriblər. Mövsümün ilk yarışında “Judo Club 2012”nin yeniyetmə idmançıları da qüvvələrini sınayıblar. Klubun yetirmələri birinciliyin fərdi yarışlarında 2 gümüş və 1 bürünc medal qazanıb.

Klubun aktivinə gümüş medalları Məmmədrza Hacızadə (-60 kq) və Zeynəb Məmmədova (-52 kq) yazdırıb. Bürünc medala isə Fidan Rəhimova (-70 kq) sahib çıxıb.  

Klubun digər üzvlərindən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq) isə beşinci yerlə kifayətləniblər.

Qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

 

 

Yarış haqqında ətraflı məlumatı aşağıdakı linkdən asanlıqla qeydiyyatdan keçərək izləyə bilərsiniz:

Link: https://live.ijf.org/jr_azebaku2020/overview

 

Oxunma sayı: 1415 2020-01-17 19:22:50