“Judo Club 2012”nin yetirmələri Polşadan iki medalla qayıdırlar

8.jpg

 

     Martın 4-5-də Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında VI ənənəvi “İkizama Cup” beynəlxalq turniri keçirilib. Yarışda 8 ölkədən ümumilikdə 970 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Turnirdə ölkəmizi “Judo Club 2012”nin yeniyetmə cüdoçuları təmsil edib. Klubun məşqçisi Rafiq Nəcəfovun rəhbərliyi altında turnirdə 5 idmançı ilə iştirak edən komandamız yarışları 1 qızıl və 1 bürünc medalla başa vurub. Qızıl medalı komandamıza U-12 yaş qrupunda 27 kq çəki dərəcəsində qüvvəsini sınayan İbrahim Qocayev qazandırıb. U-16 yaş qrupunda çıxış edən Abbas Məcidov isə 50 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Bu yaş qrupunda mübarizə aparan klubun digər üzvü Riyad İsmayılov (60 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Polşa, İrlandiya, Gürcüstan, Ukrayna, Moldova, Litva və Latviya kimi ölkələrin cüdoçularının mübarizə apardığı yarış klubun idmançıları üçün gələcək inkişaf və perspektiv baxımından böyük təcrübə olub. 

 

Oxunma sayı: 623 2023-03-06 23:22:47