Ölkə birinciliyinin fərdi yarışları 9 medalla yadda qaldı

7.jpg

 

     Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-18 yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarına yanvarın 11-də yekun vurulub.

Üç gün davam edən qızlar və oğlanlar arasında fərdi yarışlarda “Judo Club 2012”nin yeniyetmə cüdoçuları 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medallara Zeyd Ələsgərov (-60 kq), Məhəmməd Ağakişiyev (-73 kq) və Tunar Fərzəliyev (+90 kq) layiq görülüb. Məsumə Məmmədli (-70 kq), Nərgiz Vəlizadə (+70 kq), Səid Şərifov (-73 kq) və Emin Şirinov (-90 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medalları isə klubun aktivinə Aysu Quliyev (+70 kq) və Ayxan Həsənli (-73 kq) yazdırıb. Beləliklə, ilin ilk yarışını 9 medalla başa vuran “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub.  

Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 96 klub, cəmiyyət və idman təşkilatından 662 (486 oğlan, 176 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb.

Ölkə birinciliyinə yanvarın 12-də qızlar və oğlanlar arasında keçiriləcək komanda yarışları ilə yekun

Oxunma sayı: 53 2025-01-11 22:53:10