Yeniyetmə cüdoçularımız Avropa çempionatında birinci oldular

7.jpg


Mükafatçılar sırasında “Judo Club 2012”nin də yetirməsi var

     Portuqaliyanın Odivelas şəhərində yeniyetmə cüdoçular arasında keçirilən  Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarışda 17 (10 oğlan, 7 qız) cüdoçu ilə təmsil olunan komandamızın üzvlərindən 9-u fəxri kürsüdə yer alıb. Cüdoçularımız 6 qızıl və 3 bürünc medal qazanaraq həm ümumi, həm də oğlanlar arasında medal sıralamasında komanda hesabında birinci yeri tutublar. Medallardan 7-si (5 qızıl, 2 bürünc) oğlanların, 2-si (1 qızıl, bir bürünc) isə qızların yarışında əldə olunub. Sevindirici haldır ki, mükafatçılar arasında “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərov da yer alıb. Yarışda 66 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz bürünc medala sahib çıxıb. O, həlledici görüşdə gürcüstanlı idmançı Giorgi Dularidzeyə qalib gələrək üçüncü yeri tutub.

Qeyd edək ki, qitə birinciliyində 40 ölkəni təmsil edən 404 (2015 oğlan, 189 qız) cüdoçu iştirak edib.

Oxunma sayı: 256 2023-06-24 22:12:35