Bakıda cüdo üzrə “Raquf Orucov Kuboku” uğrunda III beynəlxalq turnir keçiriləcək

0.jpg

Aprelin 16-17-də Bakı İdman Sarayında Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən III beynəlxalq “Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək. Ənənəvi turnir “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq.

Klubdan AZƏRTAC-a bildiriblər ki, turnirdə 21 yaşadək cüdoçulardan ibarət komandalar iştirak edəcək. Yarışlarda Bakını və bölgələri təmsil edən komandalarla yanaşı, qonşu ölkələrdən dəvət olunan bir neçə klubun da iştirakı planlaşdırılır.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

 

Xəbərə aid digər linklər

Mənbə: https://azertag.az/xeber/Bakida_cudo_uzre_Raquf_Orucov_Kuboku_ugrunda_III_beynelxalq_turnir_kechirilecek-1257769

Mənbə: https://youthportal.az/az/news_details/bakida-cudo-uzre-raquf-orucov-kuboku-ugrunda-iii-beynelxalq-turnir-kechirilecek

Mənbə: http://vaxt.az/?name=xeber&xeber_id=17219&tarix=2019-03-15&vaxt=15:51:11

Mənbə: http://qaziler.az/news.php?id=71105

Mənbə: http://www.mia.az/w751690/details/

Mənbə: http://www.moderator.az/news/262768.html

Mənbə: http://newsport.az/news/sport/49357

Mənbə: http://sportinfo.az/news/54925

Mənbə: http://faktor.az/az/sport/61601-sehid-raquf-orucovun-xatire-turniri-kecirilecek

 

 

Oxunma sayı: 1076 2019-03-18 18:22:05