“Judo Club 2012” ilin son yarışını 12 medalla başa vurdu

10.jpg

       Dekabrın 24-26-da Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda paytaxt və bölgələri təmsil edən 40 komandanın heyətində 331 (272 kişi, 59 qadın) cüdoçu mübarizə aparıb. İlin son yarışında “Judo Club 2012” nin cüdoçuları da qüvvələrini sınayıblar. Klubun idmançıları çempionatın fərdi yarışlarında uğurla çıxış edərək 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. Gərgin mübarizə şəraitində keçən yarışda klubun təmsilçilərindən Zeynəb Məmmədova (-52 kq), Yaşar Nəcəfov (-60 kq) və Murad Fətiyev (-81 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.

Aidə Baxışova (-70 kq) və Fəqan Quluzadə (-81 kq) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.
Klubun aktivinə bürünc medalları isə Diana Şoranova (-63 kq), Nurlan Osmanov (-66 kq), Nərgiz İbrahimova (-70 kq), Kənan Quluzadə (-73 kq) və Hüseyn Məmmədov (+100 kq) yazdırıb.
Gülşən Nəzərova (-52 kq), Nərgiz Hacıyeva (-63 kq), Elçin Hüseynov (-66 kq), Günel Quliyeva (-70 kq) və Elvin Əhmədli (-90 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər.
Fərdi yarışlarda “Judo Club 2012” klubu medalların əyarına görə çempionatda ikinci pillədə qərarlaşıb.

Turnirin sonuncu günündə komanda yarışlarına start verilib. 12 komandanın iştirakı ilə keçirilən yarışda “Judo Club 2012”nin kişilərdən və qadınlardan ibarət komandası da medallar uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda klubun kişilərdən ibarət komandası gümüş medala layiq görülüb. “Judo Club 2012”nin qadınlardan ibarət komandası isə bürünc medala sahib çıxıb.
Beləliklə, “Judo Club 2012” klubu Azərbaycan çempionatını 12 (3 qızıl, 3 gümüş, 6 bürünc) medalla başa vurub.  
Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin pul mükafatları təqdim olunub. Komandaların nümayəndələri isə kuboklar və diplomlarla mükafatlandırılıblar.

 

Mənbə: https://rakus.az/judo-club-2012-ilin-son-yarisini-12-medalla-basa-vurdu/

Mənbə: https://azertag.az/xeber/Judo_Club_2012_ilin_son_yarisini_12_medalla_basa_vurub-1377695

Mənbə::http://www.olimpiyadunyasi.com/w2800.html

Mənbə: http://olimpnews.az/13902/get+/

Mənbə: https://salamnews.org/az/news/read/370261

Mənbə: https://azsport.az/news.php?id=42840

Mənbə: http://525.az/site/?name=xeber&news_id=131628#gsc.tab=0

Mənbə: http://atv.az/news/sport/119909-cudo-cempionatinin-yekunlari-barede-dusunceler?fbclid=IwAR1buY6r-eZj8_VD66Pvfptj0uIuwskxCEX7ltAJMoP70CFInRYed6Jq9Xs

Mənbə: http://koordinat.az/meqale.php?id=22352

Mənbə: https://www.moderator.az/news/304493.html

Mənbə: https://palitranews.az/news.php?id=121236

Mənbə: https://www.xeberoxu.az/%E2%80%9CJudo-Club-2012%E2%80%9D-ilin-son-yarisini-12-medalla-basa-vurub/20191228023959754

Mənbə: http://www.movqe.az/news/idman/148624.html

Mənbə: https://musavat.com/news/judo-club-2012-ilin-son-yarisini-12-medalla-basa-vurub_668066.html

 

Oxunma sayı: 1262 2019-12-26 20:47:16