“Judo Club 2012”nin karateçiləri Budapeştdən 3 medalla qayıdırlar

10.jpg

         Macarıstanın paytaxtı Budapeştdə Məktəblilərin Dünya Döyüş oyunları çərçivəsində keçirilən karate (WKF) yarışlarına yekun vurulub.

          “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının tərkibində yarışda iştirak edən idmançılar arasında “Judo Club 2012”nin karateçiləri də yer alıblar. Nüfuzlu yarışda klubun 3 yetirməsi fərqlənib. Bunlar Kənan Babayev (-68 kq),  Fərid Ağayev (-76 kq) və Fidan Dadaşovadır (-53 kq).

          Kənan finalda ukraynalı idmançıya qalib gələrək qızıl medala layiq görülüb. Növbəti qızıl medalı isə respublikamıza Fərid Ağayev qazandırıb. O da finalda Ukrayna təmsilçisini məğlub edib.  Fidan isə həlledici görüşdə macarıstanlı idmançıya uduzaraq gümüş medalla kifayətlənməli olub.

          Xatırladaq ki, Fidan Dadaşova Məktəblilərin Dünya Döyüş oyunlarından əvvəl Astanada təşkil olunan “Qazaxıstan Open” turnirində də gümüş medal qazanıb.

 

 

 

Xəbərə aid digər linklər:

Mənbə: https://musavat.com/news/judo-club-2012-nin-karatecileri-budapestden-3-medalla-qayidirlar_622617.html

Mənbə: https://525.az/site/?name=xeber&news_id=122636#gsc.tab=0

 

Oxunma sayı: 1384 2019-06-20 22:44:15