Noyabrın 22-24-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıblar. Çempionatda “Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də qüvvələrini sınayıblar. Klubun yetirmələri yarışda uğurla çıxış edərək 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 16-17 yaşlı idmançıların yarışında -76 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. 16-17 yaşlı idmançıların mübarizəsində klubun istedadlı yetirmələrindən olan Fidan Dadaşova (-48 kq) və Abbas Dadaşov (-68 kq) gümüş medala sahib çıxıb. Çempionatın bürünc medalını isə Kamal Amaşov (-45 kq) 12-13 yaşlıların mübarizəsində qazanıb.
Xəbərə aid digər linklər:
Mənbə: http://www.olimpiyadunyasi.com/w2665.html
Mənbə: http://koordinat.az/meqale.php?id=21452
Mənbə: http://525.az/site/?name=xeber&news_id=130166#gsc.tab=0
Mənbə: https://azertag.az/xeber/Judo_Club_2012nin_uzvleri_ugurlari_davam_etdirirler-1360468
Mənbə: https://publika.az/news/idman/297380.html