Yarışın yekun nəticəsinə əsasən, "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yeri tutub. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci, 7 qızıl, 4 gümüş və 15 bürünc medal qazanan "Pashayev" (Ukrayna) klubu isə üçüncü olub.
Beynəlxalq turnirdə “Judo Club 2012”nin karateçiləri də mübarizə aparıblar. Klubun yetirmələri yarışda 1 gümüş və 2 bürünc medal qazanıb. Klubun aktivinə yeganə gümüş medalı 12-13 yaşlı idmançıların mübarizəsində çıxış edən Ramazan Əlizadə (-40 kq) yazdırıb. Bu yaş kateqoriyasında -35 kq çəki dərəcəsində yarışan Hüseyn Muxtarzadə isə bürünc medala layiq görülüb. Klubun adına növbəti bürünc medalı 14-15 yaşlı idmançıların yarışında qüvvəsini sınayan Rəsul Abbasov (-52 kq) qazanıb.
Məlumat üçün bildirək ki, “Judo Club 2012”nin idmançıları yarışda klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında iştirak ediblər.
Xəbərə aid digər linklər:
Mənbə: http://525.az/site/?name=xeber&news_id=132589#gsc.tab=0
Mənbə: https://azertag.az/xeber/Judo_Club_2012nin_karatechileri_cari_ile_qelebelerle_start_veribler-1393546
Mənbə: https://aqreqator.az/az/idman/521653
Mənbə: https://qaziler.az/news.php?id=77470
Mənbə: http://www.movqe.az/news/idman/150451.html