Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistan komandasını təmsil edən 150-yə yaxın idmançı qüvvəsini sınayıb. 2003-2005, 2006-2007, 2008-2010-cu illər təvəllüdlü idmançılar arasında keçirilən yarışda “Judo Club 2012”nin yetirmələri də çıxış ediblər. Cüdo üzrə Azərbaycanın Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi altında Gürcüstana yollanan komandanın heyətində klubun həkimi Məhəmməd Hüseynzadə və 28 idmançı yer alıb. “Judo Club 2012”nin yetirmələri müxtəlif yaş qrupları üzrə yarışlarda uğurla çıxış edərək 3 qızıl və 8 bürünc medal qazanıblar. Qızıl medallara Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) layiq görülüblər. Klubun aktivinə bürünc medalları isə Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) yazdırıb.
Klubun idmançılarının uğuru bununla yekunlaşmayıb. Belə ki, yarışda iştirak edən “Judo Club 2012”nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adına layiq görülüb.
Qeyd edək ki, Əli Arzumanlı bu il Turkiyədə keçirilən Qaradəniz beynəlxalq turnirində 38 kq çəki dərəcəsində çempion adına sahib çıxıb.
Xəbərə aid digər linklər:
Mənbə: https://rakus.az/judo-club-2012nin-yeniyetme-cudoculari-beynelxalq-turnirde-11-medal-qazaniblar/
Mənbə: http://www.olimpiyadunyasi.com/w2769.html
Mənbə: http://www.olimpnews.az/13872/get+/
Mənbə: http://koordinat.az/meqale.php?id=22093
Mənbə: https://www.moderator.az/news/303155.html
Mənbə: http://azsport.az/news.php?id=42702
Mənbə: https://525.az/site/?name=xeber&news_id=131242#gsc.tab=0
Mənbə: https://salamnews.org/az/news/read/369618