“Judo Club 2012”nin yetirmələri Bakı birinciliyini 4 medalla başa vurdu

5.jpg

 

       Yanvarın 30-31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtı təmsil edən 61 klubun tərkibində 614 (590 oğlan, 24 qız) cüdoçu mübarizə aparıb. İki gün davam edən birincilikdə “Judo Club 2012”nin təmsilçiləri də qüvvələrini sınayıblar. Klubun yetirmələri Bakı birinciliyini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Komandanın aktivinə qızıl medalı Ramazan Əhmədov (+73 kq) qazandırıb.  Bu çəki dərəcəsində çıxış edən klubun digər üzvü Fərhad Ağayev isə finalda komanda yoldaşına məğlub olaraq gümüş medala layiq görülüb. Nicat Eyvazov (-34 kq) və Mehdi Cəfərov (-55 kq) isə bürünc medala sahib çıxıb. -46 kq çəki dərəcəsində qüvvəsini sınayan Rauf Qədirov birincilikdə VII yeri tutub.

Bakı birinciliyində fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

 

Yarış haqqında ətraflı məlumatı ippon.az saytından əldə edə bilərsiniz.  

Link: http://ippon.az/yn_ba2020/tta_menue.php

 

Oxunma sayı: 1365 2020-02-01 16:40:16