Murad Fətiyev Avstriyada təlim-məşq toplanışında iştirak edir

2.jpg

 

       Cüdo üzrə Azərbaycan milli komandaları Avstriyada təlim-məşq toplanışındadırlar iştirak edirlər. Mittersill şəhərində təşkil olunan hazırlıqda əsas milli komanda ilə yanaşı, qadınlar və paralimpiya yığmamız da hazırlıq səviyyəsini artırmağa çalışır. Hər il ənənəvi olaraq keçirilən Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Budəfəki təlim-məşq toplanışında dünyanın 67 ölkəsindən 1500 cüdoçu bu il təşkil olunacaq beynəlxalq yarışlara və Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlaşır.

Avstriya toplanışında Azərbaycan millisinin heyətində “Judo Club 2012”nin təmsilçisi Murad Fətiyev də yer alıb. Dünyanın tanınmış tatami ustaları ilə birgə yarışlara hazırlaşan gənc cüdoçumuz fiziki, texniki və taktiki hazırlıq səviyyəsini artırmağa çalışacaq. Təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək. 

 

 

Oxunma sayı: 1246 2020-01-12 16:03:59