Murad Fətiyev dünya çempionatında beşinci oldu

5.jpg

       Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. 81 ölkədən 514 (293 oğlan, 221 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar. Komandamız yarışda 11 (9 oğlan, 2 qız) idmançı ilə təmsil olunur. Yarışda iştirak edən yığma komandamızın heyətində “Judo Club 2012”nin gənc yetirməsi Murad Fətiyev (81 kq) də yer alıb. Yarışın üçüncü günündə mübarizəyə başlayan M.Fətiyev ilk mərhələdə slovakiyalı Aleks Bartonu məğlub edib. Növbəti görüşdə macarıstanlı Benedek Tothu üstələyən idmançımız 1/8 finalda koreyalı Sangjun Lindən güclü olub. Lakin cüdoçumuz 1/4 finalda gürcüstanlı Vladimir Axalkatsi ilə gərgin keçən mübarizənin sonunda rəqibinə məğlub olub. Təsəlliverici görüşdə portuqaliyalı Damian Troianşı məğlub edən Murad bürünc medal uğrunda həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə mübarizə aparıb. Təəssüf ki, klubun yetirməsi bu görüşdə məğlub olaraq dünya çempionatını beşinci yerdə başa vurub.   

       Dünya çempionatının fərdi yarışlarına oktyabrın 19-da yekun vurulacaq. Çempionatın son günündə isə cüdoçular komanda yarışlarında mübarizə aparacaqlar.

 

Oxunma sayı: 1275 2019-10-18 20:52:08