Çeçenistan mediasında III “Raquf Orucov Kuboku” turniri ilə bağlı videoçarx paylaşılıb

0.png

          Bakı İdman Sarayında təşkil olunan 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri ölkəmizlə yanaşı, xarici qonaqların da böyük marağına səbəb olub. Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandasının mübarizə apardığı turnirdə Rusiyanın tərkibində Qroznının “Edelveys”, Mahaçqalanın Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi  (UGOEM) və Dərbəndin “Dinamo” komandaları da iştirak edib. Yarışda qüvvəsini sınayan Çeçenistanın Qroznı komandası turnirlə bağlı videoçarx hazırlayaraq öz ölkəsinin yerli elektron mətbuatında paylaşıb. Sözügedən videoçarxda turnirin açılış mərasimi, Qroznının “Edelveys” komandasının bürünc medal uğrunda keçirdiyi görüş, həmçinin mükafatlandırma mərasimi ilə bağlı maraqlı kadrlar əks olunub. Ümumi xronometrajı 1 dəqiqə 56 saniyə olan videoçarx saytlar və sosial media kanalları vasitəsi ilə paylaşılıb. Çeçenistan mediasında həmçinin, turnirin təşkilatçılığı haqqında da ətraflı məlumat verilib.
          İlk dəfədir ki, bu turnirdə iştirak edən Qroznının “Edelveys” klubu Çeçenistanın tanınmış komandalarından biridir. 
          Qeyd edək ki, “Edelveys” klubu turnirin bürünc medalları uğrunda həlledici görüşdə “Judo Club 2012”nin ikinci komandasını üstələyərək üçüncü yerə layiq görülmüşdü. 
          Həmin videonu sizə təqdim edirik.

 

 

 

 

Oxunma sayı: 1591 2019-04-19 14:01:25