Azər Zəlimxan oğlu Əsgərov

0.jpg

Vəzifə: "Cüdo Klub 2012” İctimai Birliyinin sədri 

         29 may 1966-cı ildə Bakıda ziyalı ailəsində anadan olub.
1973-cü ildə Bakıdakı ingilis dili təmayüllü 189 nömrəli məktəbin 1-ci sinfinə gedib. 
1975-ci ildən cüdo ilə məşğul olmağa başlayıb.
1976-cı ildən orta təhsilini Respublika Olimpiya Ehtyatları İdman Məktəbində (indiki Respublika Olimpiya İdman Liseyi) davam etdirib. 
1983-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna (indi Akademiyadır) daxil olub. 
1984-86-cı illərdə Moskva şəhərində həqiqi hərbi xidmət keçib.
1989-cu ildə institutu məşqçi-müəllim ixtisası ilə bitirib.
İdmanla məşğul olmaqla yanaşı, özünü biznesdə də sınayıb.
1997-2003-cü illərdə Qazaxıstan Respublikasında iri biznes layihələri həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1-2 mart 2004-cü ildə Qazaxıstana səfəri zamanı burada yaşayıb-işləyən azərbaycanlı iş adamlarına çağırışına cavab olaraq həmin ildən Bakı şəhərində inşaat sektorunda sahibkarlıq fəaliyyətinə başlayıb. Hazırda tikinti, turizm, ictimai iaşə sahəsində fəaliyyət göstərən bir neçə sahibkarlıq subyektinə rəhbərlik edir.
Azər Əsgərov yeniyetmə yaşlarından yerli və beynəlxalq idman yarışlarında iştirak edib, mükafata layiq yerlər tutub. Azərbaycanın cüdo üzrə yığma komandasının üzvü olub. 
Hazırda Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvüdür. Ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibidir.
Ailəlidir, iki övladı var.

Oxunma sayı: 4316 2021-02-16 15:34:24