"Judo Club 2012"nin idmançısı Xalid Məmmədov 18 yaşa qədər yeniyetmə oğlanlar (U-18) arasında keçirilən Azərbaycan Cüdo Federasiyası Kubokunun (ACF) mükafatçılar sırasında yer alıb.
Klubun yetirməsi -60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən turnirdə 55 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 200-ə yaxın cüdoçu 8 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi mayın 4-5-də təşkil olunacaq cüdo üzrə yeniyetmələr arasında Göygöl Avropa Kubokuna seçim etmək və yeniyetmə cüdoçuların yarış təcrübəsinin artırmaqdır.