Azər Əsgərov: “Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq” 

0.jpg

 

     “Cüdo Klub-2012” İctimai Birliyi idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.   
Bu sözləri “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib. 
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib. 
“Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”, - deyə Azər Əsgərov bildirib.

Oxunma sayı: 181 2023-12-05 22:18:32