Bayraq Gününüz mübarək!

1.jpg

 

     Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsi, həm də şəhidlərimizin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir.

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bu gün bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Artıq üçüncü ildir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.

Hər zaman yüksəklərdə dalğalan, Azərbaycan Bayrağı!

Oxunma sayı: 293 2023-11-09 10:00:20