“Sərhədçi” İdman Olimpiya Kompleksində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyi keçirilib.
3 gün davam edən ölkə birinciliyində 61 klubdan 495 cüdoçu (460 oğlan, 35 qız) mübarizə aparıb. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Klubun təmsilçilərindən Emili Rzayeva 57 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Judo Club 2012”nin digər yetirməsi Fərhad Ağayev (+73 kq) isə turnirdə yeddinci yerlə kifayətlənib. Bakı birinciliyinin qalib və mükafatçıları medal və diplomlarla təltif olunublar.
Yarış haqqında ətrafli məlumatı ippon.az saytından əldə edə bilərsiniz.
Link: http://ippon.az/u_15/tta_menue.php