Cüdoçularımız Azərbaycan birinciliyini 2 medalla başa vurdular

2.jpg

 

     Mayın 31-dən iyunun 2-dək davam edən 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr (U-15) arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda ümumilikdə 59 klub, cəmiyyət və idman təşkilatından olan 661 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Turnirdə mübarizə aparan “Judo Club 2012”nin cüdoçuları 1 qızıl və 1 gümüş medala sahib çıxıblar. Qızıl medalı klubun aktivinə +63 kq çəki dərəcəsində qüvvəsini sınayan Aysu Quliyeva qazandırıb.

-66 kq çəki dərəcəsində mübarizə aparan Ömər Atayev isə gümüş medalla kifayətlənib.

 

Oxunma sayı: 359 2024-06-02 22:46:05