Cüdoçularımız “Böyük dəbilqə” turnirini birinci pillədə başa vurdular

6.jpg

Mükafatçılar sırasında “Judo Club 2012”nin də cüdoçusu var

 

     entyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa uğurla ev sahibliyi etdi. Milli Gimnastika Arenasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirində dünyanın 61 ölkəsini təmsil edən 446 (264 kişi, 182 qadın) idmançı mübarizə apardı. Ən güclülərin Bakıda bir araya gəldiyi yarışda komandamız 33 (26 kişi, 7 qadın) cüdoçu ilə təmsil olundu. Yığmamızın üzvləri yarışda uğurla çıxış edərək turniri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdular. Cüdoçularımızdan Yaşar Nəcəfov (-66 kq), Hidayət Heydərov (-73 kq) və Zelim Tçkayev (-81 kq) bütün rəqiblərinə qalib gələrək fərxi kürsünün ən yüksək pilləsinə qalxdı. Gümüş medala isə -48 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız Leyla Əliyeva sahib çıxdı.

Yarışların sonuncu günündə isə “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev -100 kq çəki dərəcəsində komandamıza bürünc medal qazandırdı. Klubun digər perspektivli yetirməsi Murad Fətiyev (-90 kq) isə yarışları beşinci pillədə başa vurdu.

Komandamız bu nəticə ilə güclü Gürcüstan və Yaponiya yığmalarını qabaqlayaraq komanda hesabında birinci yeri tutdu.

 

Oxunma sayı: 1922 2023-09-24 20:55:07