“Judo Club 2012”nin cüdoçuları Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında cüdo üzrə beynəlxalq Masters turnirində uğurla çıxış ediblər.
Klubun üzvləri yarışı bir qızıl və bir bürünc medalla başa vurublar. Təmsilçilərimizdən -73 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz Süleyman Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan himnini səsləndirib.
Yarışda -90 kq çəki dərəcəsində qüvvəsini sınayan Tuncay Şamil isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, beynəlxalq Masters turnirində 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunan komandamız yarışı 7 (4 qızıl, 3 bürünc) medalla başa vurub. Millimiz turnirində rekord sayda qızıl medal qazanaraq tarix yazıb. Milllimiz bu nəticə ilə medal sıralamasında Yaponiya, Özbəkistan və Almaniyan komandalarını üstələyərək birinci yeri tutub.