Doğum gününüz mübarək!

0.jpg

 

     Bu gün "Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçisi, dünya və Avropa çempionatlarının bürünc mükafatçısı İlqar Müşkiyevin doğum günüdür. 
İlqar Müşkiyev 1990-cı il oktyabrın 5-də Gəncə şəhərində anadan olub. 2007-ci ildə 277 saylı idman təmayüllü məktəbi bitirib. 
2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (indiki Azərbaycan İdman Akademiyası), 2017-2021-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəetmə Akademiyasında ali təhsil alıb. 
2021-2023-cü illərdə Azərbaycan Cüdo Federasiyası Akademiyasını bitirib. 
2000-ci ildə Rusiyanın Samara vilayətinin Tollyatti şəhərində cüdo bölməsi üzrə məşqlərə başlayıb. 2002-ci ildə Bakı şəhərinə köçərək, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tərlan Həsənovun rəhbərliyi altında məşqlərini davam etdirib. 
O, 2007, 2009, 2010-cu illərdə kişilər arasında Azərbaycan çempionatının qalibi olub.
2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında Avropa çempionatının və həmin ildə Fransanın paytaxtı Parisdə təşkil olunan dünya çempionatının gümüş mükafatçısı olub. 
2010-cu ildə U-23 gənclər arasında Avropa çempionatında, 2011-ci ildə isə Parisdə kişilər arasında keçirilən dünya çempionatında bürünc medala sahib çıxıb. 
2009-2011-ci illərdə Təhsil sistemi üzrə iki dəfə "İlin idmançısı", 2011-ci ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idmançısı" seçilib. 
O, 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən  mənzillə təltif edilib. 
2012-ci ildə London Yay Olimpiya Oyunlarını iştirakçısı olub.
2014-cü ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 
İlqar Müşkiyev bundan başqa müxtəlif illərdə iki dəfə Dünya Kubokunun, iki dəfə isə Qran-Pri yarışının, beş dəfə isə Avropa Kubokunun qalibi və dəfələrlə mükafatçısı olub. 
Əməkdar idman ustası olan İlqar Müşkiyev peşəkar idman karyerasını başa vurduqdan sonra 2020-2024-cü illərdə "Sərhədçi" İdman Mərkəzində cüdo məşqçisi kimi fəaliyyət göstərib.
2024-cü ildən "Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçi kimi çalışır. 
“Judo Club 2012”nin kollektivi İlqar Müşkiyevi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır.

 

Oxunma sayı: 113 2024-10-05 15:55:39