Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.
Qeyd edək ki, "Judo Club 2012"nin üzvü olan İntiqam Ələkbərov daha əvvəl də usta cüdoçular arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı olub.