Fərhad Rəcəbli 10-cu dəfə Avropa çempionu oldu

6.jpg

 

     İyunun 6-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçuar arasında Avropa çempionatına start verilib. 35 ölkədən 750 (626 kişi, 124 qadın) cüdoçunun iştirak etdiyi yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunur.

İlk yarış günü veteranlarımız üçün bir qızıl və iki bürünc medalla yadda qalıb. Qızıl medalı komandamıza M8 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatmiyə çıxan Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb. Bu qələbə Sarayevoda öz qalib imicinə sadiq qalan veteran cüdoçumuzun 10-cu Avropa çempionluğu kimi yadda qalıb. Fərhad Rəcəbli həmçinin usta cüdoçular arasında dünya çempionatının 11 qat qalibidir.

Komandamıza bürünc medalları isə Vahid Azərpur (M8, -66 kq) və Nazim Əliyev (M7, -90 kq) qazandırıb.

Yığmamızın digər üzvü Qabil Qasımov (M6, +100 kq) isə beşinci yerlə kifayətlənib.

İyunun 9-dək davam edəcək turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alıb.

Oxunma sayı: 681 2024-06-06 21:00:49