“Judo Club 2012” karateçilərindən dünya çempionatında 6 medal

11.jpg

 

Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatı “Judo Club 2012” idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb. 17 ölkənin qatıldığı mötəbər yarışda klubun karateçiləri uğurla çıxış edərək ümumilikdə 6 medal qazanıblar.

Aprelin 24-dən 26-dək təşkil olunan çempionatda “Judo Club 2012”nin üzvləri 2 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Veteranlar arasında 45 yaşadək idmançıların açıq çəki dərəcəsində çıxış edən Elnur Əliyev bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.

Klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən Fərhad Cəfərov 6-7 yaş qrupu üzrə yarışda -25 kq çəki dərəcəsində dünya çempionu adına layiq görülüb.

Gümüş medalları yeniyetmələr arasında Cəbrayıl Cavadov (8-9 yaş, -35 kq) və gənclərin yarışında Suri Məmmədzadə (14-15 yaş, +54 kq) əldə ediblər. Böyüklər arasında keçirilən yarışda isə Ülvi Məmmədov (18+ yaş, +75 kq) bürünc medal qazanaraq klubun ümumi uğuruna töhfə verib.

Komanda yarışlarında isə Nicat Bilalov, Əli Əsədullazadə, Cavad Cəfərov və Mikayıl İsmayılovdan ibarət heyət gənclər və U-14 yaş qrupu üzrə ikinci yeri tutaraq gümüş medala sahib olub.

Oxunma sayı: 41 2026-04-28 11:35:11