“Judo Club 2012” karateçisi dünya çempionatında mübarizə aparacaq

0.jpg

       Oktyabrın 23-də Çilinin paytaxtı Santyaqo şəhərində yeniyetmə və gənc karateçilər arasında XI dünya çempionatı start götürəcək. 96 ölkədən 1557 idmançının iştirak edəcəyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar. Komandamız yarışda Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14 idmançı ilə mübarizə aparacaq. 

      Çiliyə yollanan kumite üzrə yığma komandamızın heyətində “Judo Club 2012”nin yeniyetmə karateçisi Fidan Dadaşova (-48 kq) da yer alıb. 16-17 yaşlı yeniyetmələrin yarışında çıxış edəcək karateçimiz çempionatın üçüncü günündə, oktyabrın 25-də mübarizəyə başlayacaq. 
      Dünya çempionatına isə oktyabrın 27-də yekun vurulacaq. 

Oxunma sayı: 1651 2019-10-20 15:18:12