Oktyabrın 17-18-də Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri keçirilib.
7 ölkədən 182 (111 kişi, 71 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan millisi 14 (1 qızıl, 5 gümüş 8 bürünc) medal qazanıb. Mükafatçılar arasında "Judo Club 2012"nin üç cüdoçusu da yer alıb.
Klubun üzvlərindən Nazir Talıbov (-66 kq) gümüş, Rüfət Şövlətov (-73 kq) və Sübhan Axundov (+100 kq) isə bürünc medala sahib olub.
Turniri 14 medalla başa vuran Azərbaycan millisi ümumi komanda hesabında üçüncü yeri tutub.