“Judo Club 2012”nin idmançıları fəxri kürsüdə

5.jpg

 

Aprelin 14-də Abşeron Olimpiya İdman Kompleksində 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib. 
Yarışda ölkənin müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılarla yanaşı, "Judo Club 2012" nin cüdoçuları da mübarizə aparıblar. 32 klubdan 145 (113 oğlan, 32 qız) idmançının iştirak etdiyi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. 
Klubun yetirmələri yarışı 2 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar. -73 kq çəki dərəcəsində Fəqan Məmmədli, -100 kq çəki dərəcəsində isə Elşən Fərzəliyev birinci yerə layiq görülüb. 
Klubun digər üzvlərindən Leyla Əliyeva (-52 kq), Əli Cəfərov (-66 kq) və Fərid İsmayılov (-100 kq) gümüş medallara sahib çıxıb. Bürünc medalları isə klubun aktivinə Nərgiz Vəlizadə (+78 kq) və Kənan Məmmədli (-81 kq) yazdırıb. 
Turniri 7 medalla başa vuran "Judo Club 2012" klubu ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub. 
Qeyd edək ki, ne-vaza üzrə keçirilən yarışlar idmançıların parter texnikalarının yoxlanılması və təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxunma sayı: 8 2026-04-14 23:12:25