“Judo Club 2012”nin idmançılarından gimnaziyadada uğurlu nəticə

4.jpg

 

     Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Bəhreyn-2024 Gimnaziada İdman Oyunları davam edir. Oktyabrın 25-26-da oyunlar çəçivəsində cüdo yarışları təşkil olunub. Azərbaycanın cüdo komandası gimnaziyadada qızlar və oğlanlar arasında 13 çəki dərəsində 24 idmançı ilə təmsil olunub. Komandamız cüdo yarışlarını 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub. Azərbaycan yığması bu nəticə ilə yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

Manamada çıxış edən millimizin heyətində “Judo Club 2012”nin yeniyetmə cüdoçuları da yer alıb. Klubun üzvləri yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq millimizin uğurunda pay sahibi olub. Qızıl medalı komandamızın aktivinə -73 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Ağakişiyev yazdırıb. Səid Şərifov (-73 kq) gümüş, Zeyd Ələsgərov (-60 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ilə yanaşı, "Judo Club 2012"nin idman direktoru Olimpiya dərəcəli hakim Fariz Hüseynov da ədalət təmsilçiləri arasında yer alıb.

Oxunma sayı: 91 2024-10-26 21:49:12