“Judo Club 2012”nin karateçilərindən İtaliyada tarixi uğur

5.jpg

 

     Aprelin 4-6-da İtaliyanın Linyano Sabbiadoro şəhərində təşkil olunan şotokan karate üzrə 14-cü Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu nəticələrlə yadda qalıb. 
Azərbaycan Karate-Do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədovun rəhbərliyi altında yarışda mübarizə aparan millimiz müxtəlif yaş və çəki kateqoriyalarında medal sıralamasında 30-dan çox ölkə arasında 3-cü yeri tutaraq böyük uğura imza atıb.
Qazanılan uğurda "Judo Club 2012"nin yetirmələrinin də böyük payı var. Belə ki, klubun istedadlı idmançıları Adriatik sahillərində keçirilən qitə çempionatında bir dəst medal qazanıblar. Onlardan Rəsul Abasov böyüklər arasında -70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb. Yeniyetmələr arasında mübarizə aparan Eldar Bağırov isə -53 kq çəki dərəcəsində yalnız finalda uduzaraq gümüş medal qazanıb. Klubun digər təmsilçisi Cavad Cəfərov da uğurlu çıxışı ilə diqqət çəkib və -34 kq çəki dərəcəsində bürünc medala sahib çıxaraq fəxri kürsüyə yüksəlib.
"Judo Club 2012" üçün bu nailiyyət təkcə idmançılar deyil, həm də məşqçilər heyətinin, xüsusilə Namiq Pirverdiyevin gərgin və sistemli hazırlıq prosesinin bəhrəsidir. 
Azərbaycan karateçilərinin bu tarixi uğuru bir daha sübut edir ki, ölkəmizdə bu idman növü sürətlə inkişaf edir və dünya arenasında söz sahibi olmağa davam edir.

Oxunma sayı: 230 2025-04-10 22:53:05