"Judo Club 2012"nin növbəti uğuru

7.jpg

 

     Sentyabrın 9-da cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 45 klub və idman cəmiyyətindən 218 idmançı 7 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə "Judo Club 2012"nin idmançıları yüksək nəticələri ilə fərqləniblər. Klubun üzvləri ümumilikdə 3 qızıl və 2 bürünc medal qazanaraq ümumi komanda hesabında ikinci yeri tutublar. 
Qızıl medalları klubun aktivinə Nazir Talıbov (-66 kq), Rüfət Şövlətov (-73 kq) və Süleyman Əliyev (-81 kq) yazdırıb. Murad Muradlı (-60 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medallara layiq görülüb. Klubun digər üzvü Kənan Məmmədli (-81 kq) isə beşinci yerlə kifayətlənərək aktivinə reytinq xalı əlavə edib. 
Qeyd edək ki, bu, kişilər arasında Liqa yarışının 2025-ci ildə keçirilən son turu olub. Yekun nəticələr əsasında idmançıların reytinq siyahısı müəyyən ediləcək.

Oxunma sayı: 122 2025-09-10 10:26:46